“Bloomberg” agentliyinə görə, belə olacağı halda avro ilə dolların məzənnəsi bərabərləşə bilər.

Agentliyin 38 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, onlardan 23-ü avronun dollarla məzənnəsinin bərabərləşəcəyini və hətta daha aşağı düşəcəyini ehtimal edir. Ekspertlərdən 12-si məzənnənin 1,00-1,05 USD/EUR diapazonunda qalacağını proqnozlaşdırır.

Fransanın “Banque Pictet & Cie” bankının iqtisadçısı Frederik Dyukrozeyə görə, maliyyə bazarlarının reaksiyası seçkinin bu cür nəticələnməsinə çox sərt olacaq: “Belə ki, onlar avrodan imtina ssenarisinin baş tutacağına inanmırlar”.

Xatırladaq ki, bugünkü çıxışında M.Le Pen “Avropa İttifaqı yox olacaq. Çünki insanlar artıq onu istəmirlər. Özündənrazı imperiyalar ölümə məhkumdur”, – deyib.

Aprel-may aylarında baş tutacaq seçkilərdə qalib gələcəyi təqdirdə Le Pen avrodan imtina üçün referendum keçirəcəyini bildirib.

Qeyd edək ki, sonuncu dəfə avro ilə dolların məzənnəsi 2002-ci ildə bərabər olub.